Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 01:35

Rusiya ukraynalı diplomatı ölkədən çıxarıb


Sergei Lavrov

Rusiya Ukraynanın Sankt-Peterburqdakı konsulu İgor Fedikevici ölkədən çıxarıb.

Rusiya informasiya agentliklərinin xarici işlər nazirliyindəki naməlum mənbəə istinadla verdikləri məlumatına görə, diplomat Ukrayna tərəfinin eyni addımına cavab olaraq atılıb.

Məlumata görə, Ukrayna Rusiyanın Odessadakı konsul əvəxi Valery Shibekonu ölkədən çıxarıb.

Ukraynanın xarici işlər nazirliyi iyunun 17-də Shibekonu arzuolunmaz şəxs adlandırıb.

Bu qərar Ukrayna təhlükəsialik xidmətinin müraciəti əsasında qəbul edilib.

İdarə hesab edir ki, o diplomat statusuna sığmayan fəaliyyətlə məşğul olub və Vyana konvensiyasını pozub.

XS
SM
MD
LG