Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:36

İslam Partiyasına "yox" dedilər


Azərbaycan İslam Partiyasının mətbuat konfransına icazə verilmədi.

Sentyabrın 1-də Partiyanın nümayəndələri mətbuat konfransı üçün Beynəlxalq Mətbuat Mərkəzinə toplaşıb. Qabaqcadan razılaşdırılan tədbirə Mətbuat Mərkəzindən icazə verilməyib.

İslam Partiyası yeni sədrin təqdimatı ilə bağlı mətbuat konfransı keçirəcəkdi. Lakin Beynəlxalq Mətbuat Mərkəzindən onlara deyilib ki, partiya üzvü olduğunu iddia edən bir şəxs onlara zəng edib, tədbiri ləğv edib.

Anlaşılmazlıq aradan qalxdıqdan sonra, partiya üzvləri boş olan mətbuat zalında tədbirlərini keçirmək istəyib. Bu dəfə zalın özəl bir şirkətin icarəsində olduğu deyilib.

İslam Partiyasının sədri Mövsüm Səmədov 2011-ci ildə hakimiyyəti zorla ələ keçirməkdə təqsirli bilinərək həbs olunub. Ötən ayadək sədri əvəzi olan Elçin Manafov vəzifəsindən istefa verib. Partiya sədrliyinə İlham Əliyev təyin olunub.

XS
SM
MD
LG