Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 08:06

Qədim məbədin dağıdılması təsdiqilənib


Foto arxiv

BMT bildirib ki, peykdən çəkilən şəkillər Suriyanın qədim Palmira şəhərində 2 min il yaşı olan məbədin dağıdıldığını göstərir.

Avqustun 30-da Palmiradakı qədim Bela məbədinin İslam Dövləti yaraqlıları tərəfindən partladılması barədə məlumat yayılıb.

İslam Dövləti qrupu Palmira şəhərini bu ilin mayında zəbt edib.

BMT-nin məlumatında məbədin əsas hissəsi və ətradakı sütunların dağıdıldığı bildirilir.

Həmçinin ötən həftə Palmira şəhərindəki Baal-Şamin məbədinin partladıldığı təsdiqlənib.

Hazırda Suriya və İraqın böyük bir hissəsi İslam Dövləti qrupunun nəzarətindədir.

XS
SM
MD
LG