Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:59

Bu arayışı istəyəndə dərhal verəcəklər


Yaşayış yeri haqqında arayışların verilməsi qaydaları dəyişir.

Prezident İlham Əliyevin avqustun 31-də imzaladığı fərmana görə, arayış «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilməlidir. O cümlədən, arayış vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanmalıdır. Fərmanda o da nəzərdə tutulub ki, arayış vətəndaşın müraciət etdiyi gün təxirəsalınmadan verilsin.

Ancaq fərmanda o göstərilməyib ki, arayışı hansı qurum verəcək, o cümlədən, yaşayış və qeydiyyat yeri fərqli olan vətəndaşlar arayışı necə əldə edəcəklər.

XS
SM
MD
LG