Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Poroshenko: “Bu, arxadan zərbədir”


Ukrayna prezidenti bazar ertəsi ölkə parlamentinin qarşısında baş verən hadisələri “antiukrayna aksiyası” adlandırıb.

Ukrayna prezidenti Petro Poroshenko bazar ertəsi ölkə parlamentinin qarşısında baş verən hadisələri “antiukrayna aksiyası” adlandırıb.

Burada baş verən toqquşmada qumbara atılması nəticəsində bir hərbi qulluqçu həlak olub və iğtişaşda 122 nəfər xəsarət alıb.

Verhovna Radadakı səsvermədən sonra burada baş vermiş hadisələri kürəyə vurulan zərbədən başqa nə adlandırmaq olar?

“Verhovna Radadakı səsvermədən sonra burada baş vermiş hadisələri kürəyə vurulan zərbədən başqa nə adlandırmaq olar?” – deyib Poroshenko xalqa müraciətində.

Radanın qarşısında toqquşmalar ölkənin mərkəzsizləşdirilməsinə dair qanun layihəsinin birinci oxunuşda qəbulunun ardınca baş verib. Hadisə zamanı Milli Qvardiyanın bir əsgəri həlak olub.

“Bu antiukrayna aksiyasına görə heç bir istisnasız onun təşkilatçıları, siyasi qüvvələrin nümayəndələri sərt məsuliyyətə cəlb olunacaqlar” – deyib prezident.

Qumbaranı atan tutulub

O bildirib ki, hüquq-mühafizə orqanlarına bu işi şəffaf təhqiq etmək, “təkcə icraçıları deyil, siyasilər də daxil olmaqla təşkilatçıları” məsuliyyətə cəlb etmək tapşırığı verib.

“Artıq üç gündür ki, Donbasdakı döyüşçülərimiz arasında itki yoxdur. Əvəzində kimsə öz partiya bayraqlarının reklamı və rayon sovetlərində bir-iki yer üçün vətən keşikçilərini Kiyevdə öldürür” – deyib Poroshenko.

Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, həbs edilən şəxs qumbaranı atdığını etiraf edib və bildirib ki, o, “Seç” batalyonunun hazırda məzuniyyətdə olan üzvüdür.

Nazir bildirib ki, həbs edilərkən İqor Qumenyukun üstündən daha bir əl qumbarası tapılıb.

Qərb üzünü çevirə bilər

Prezident Poroshenko deyib ki, parlament “desentralizasiya” barədə düzəlişə səs verməsəydi, Kiyev Qərbin dəstəyinsdən məhrum olardı.

Prezident izah edib kİ, belə olduqda beynəlxalq Ukrayna koalisiyası dağılar, Rusiyaya qarşı sanksiyalar gündəlikdən çıxardı.

Poroshenko bildirib ki, konstitusiyaya dəyişiklik barədə son qərar Donbasdakı vəziyyətdən və Minsk razılaşmasına əməl edilməsindən asılı olacaq.

“Əgər Moskva ağlını başına yığmasa...”

“Əgər Moskva ağlını başına yığmasa, Krımın ilhaqı və Donbasın işğalı ilə bağlı olanlara qarşı şəxsi sanksiyalar davam etdiriləcək, gələn ildən isə sektorlar üzrə iqtisadi sanksiyalar tətbiq olunacaq” – deyib Ukrayna lideri.

Artıq üç gündür ki, Donbasdakı döyüşçülərimiz arasında itki yoxdur. Əvəzində kimsə öz partiya bayraqlarının reklamı və rayon sovetlərində bir-iki yer üçün vətən keşikçilərini Kiyevdə öldürür

Prezident izah etməyə çalışıb ki, konstitusiyaya dəyişiklik Donbasa xüsusi status verilməsini nəzərədə tutmur.

O deyib ki, Donetsk və Luqansk vilayətindəki müəyyən rayonların özünüidasrəsinin xüsusi qaydaları başqa qanunla tənzimlənir və o qanun artıq iki dəfə Radada qəbul olunub.

“Hazırda bu qanunun bir çox maddələrinin qüvvəsi dayandırılıb. Bu maddələr həmin ərazilərdə Ukrayna qanunvericiliyinə uyğun şəkildə və ATƏT standartları ilə seçki keçiriləndən, Ukrayna ərazisindəki bütün Rusiya qoşunları çıxarılandan, Rusiya Federasiyası ilə bütün sərhəd boyunca nəzarət bərpa olunandan sonra işləyəcək”.

XS
SM
MD
LG