Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:49

AzadlıqLive- "Mr.Bean" 25 yaşında (video)

Azərbaycanda və dünyada baş verən xəbərlər

-

Azərbaycanda və dünyada baş verən xəbərlər

16:30 6.9.2015

"Mister Bean"-in 25 yaşı oldu

Britaniya aktyoru Rowan Atkinson Londonda Bukingem sarayı önünə yaratdığı məşhur Mister Bean obrazında gəlib. Bununla da məşhur televiziya serialının 25 illiyini qeyd edib.

15:33 6.9.2015

Prosineçki Malta ilə oyun haqda danışdı

Robert Prosineçki ortada
Robert Prosineçki ortada

"Xorvatiya ilə oyundan sonra bizi burada çətin görüş gözləyir. Maltanın İtaliyaya qarşı son oyununu izləmişəm. İtaliyaya qarşı uğurlu oyun keçirdilər. İtaliya çətinliklə bir qol vurub qələbə qazandı."

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki “Avro-2016”nın seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 6-da Malta yığması ilə keçiriləcək oyundan əvvəl deyib.

Baş məşqçi bildirib: “Oyunçularımızla fəxr edirəm. Onlar peşəkardırlar. Xorvatiya ilə görüş artıq geridə qalıb. Komandamız Azərbaycana uğurlu nəticə ilə qayıtmaq üçün əzmlə mübarizə aparacaq”.

R.Prosineçki qeyd edib ki, hər oyuna ciddi hazırlaşırıq. Futbolçularda özünə inam var və onlar nəyə qadir olduqlarını bilirlər. Onların uğurlu çıxışı Azərbaycan futbolunun inkişafına töhfədir.

13:47 6.9.2015

Edward Snowden Rusiyanı tənqid edir

Edward Snowden
Edward Snowden

Amerika məxfi xidmətinin Rusiyaya qaçan keçmiş əməkdaşı Edward Snowden Kremli tənqid edib.

Norveçdə Byornson mükafatına layiq görülən, amma ABŞ-a ekstradisiya oluna biləcəyindən ehtiyat edərək mərasimə videoəlaqə ilə qatılan Snowden Rusiyanın homoseksuallara münasibətinin və yeni qanunlar qəbul edərək İnternetə nəzarəti artırmaq cəhdlərinin yanlış olduğunu deyib.

Xatırladaq ki, o, məhz ABŞ-ın gizli olaraq İnternet və sosial şəbəkələrə nəzarət etmək cəhdlərinə qarşı çıxdığı üçün Rusiyaya qaçmışdı.

13:22 6.9.2015

Davamı

XS
SM
MD
LG