-
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin dünya çempionatı başa çatıb.
Çempionatın son günlərində sərbəst güləşçilər yarışıb.
Sərbəst güləşçilərin ilk yarış günündə azərbaycanlı güləşçilər 1 gümüş (İsmayıl Abdullayev) və 2 bürünc (Şahin Muxtarov, Fazil Həsənov) medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, çempionatın son günündə azərbaycanlı güləşçilər günü 2 bürünc medalla başa vurublar.
Dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışda 3 bürünc (Fail İsgəndərov, Xancavad Məcidzadə və Ülvi Qənizadə) medala sahib olublar.
Çempionatda 5 güləşçi ilə təmsil olunan qızlardan ibarət Azərbaycan komandası 1 qızıl (Leyla Qurbanova), 2 bürünc (Zelfira Ələkbərli və Şəbnəm Əhmədova) medal qazanıb.