Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Mart, bazar, Bakı vaxtı 22:30

İranla nüvə sazişini artıq 31 senator dəstəkləyir


Bu sazişin Konqres tərəfindən rədd edilməməsi üçün onun 34 senator tərəfindən dəstəklənməsi zəruridir.

ABŞ prezidenti Barack Obama İranla bağlanmış nüvə sazişinin Konqres tərəfindən əngəllənməməsi məqsədinə bir addım da yaxınlaşıb.

Oreqon ştatından demokrat senator Jeff Merkley İran sazişini dəstəklədiyini bildirib.

Bu sazişin Konqres tərəfindən rədd edilməməsi üçün onun 34 senator tərəfindən dəstəklənməsi zəruridir.

Cənab Merkley sazişi dəstəkləyən 31-ci senator olub.

Konqres İran sazişini sentyabrın 17-dək səsə qoymalıdır.

XS
SM
MD
LG