Keçid linkləri

2026, 18 Oktyabr, bazar, Bakı vaxtı 02:08

Çad Boko Haramın 10 üzvünü edam etdi

Onların barəsində ölüm hökmü dünən paytaxt Ncamenada, məkanı gizli saxlanan məhkəmədə çıxarılmışdı.

Çadda islamçı radikal Boko Haram qruplaşmasının 10 üzvü güllələnərək edam edilib.

Onların barəsində ölüm hökmü dünən paytaxt Ncamenada, məkanı gizli saxlanan məhkəmədə çıxarılmışdı.

Müttəhimlərin hamısı ötən iyunda törədilmiş basqına görə ittiham olunurdular.

Bu basqın nəticəsində 38 nəfər həlak olmuşdu.

Bu hücumdan sonra Çadda terror cinayətləri üçün ölüm cəzası bərpa edilib.

XS
SM
MD
LG