Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:14

Sulutəpə dairəsindən keçənlərin nəzərinə


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci kilometrliyində, «Sulutəpə dairəsi»ndə tıxacların aradan qaldırılması və nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün əlavə tədbirlər görülüb.

Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-dən apa-ya verilən məlumata görə, sözügedən yolda avtomobillərin hərəkətində dəyişiklik edilib: «Bundan əvvəl Şamaxı istiqamətindən gələn nəqliyyat vasitələri dairədə hərəkətdə olan digərlərinə yol verdikdən sonra hərəkətlərinə davam edirdilər. Bu isə həmin istiqamətdə tıxacın yaranmasına səbəb olurdu. İndi isə həmin istiqamətdən gələn nəqliyyat vasitələri dairədə gözləmədən hərəkətlərinə davam edə bilirlər. Digər istiqamətdən daxil olan nəqliyyat vasitələri isə gözlədikdən sonra yollarına davam edirlər. Bunun üçün dairədə artıq müvafiq yol nişanları da quraşdırılıb».

Bundan başqa, dairəyə daxil olan yollarda genişləndirmə işləri də həyata keçirilib. Yolun kənarlarında yerləşən və səki daşları ilə əhatə olunmuş təhlükəsizlik adaları kiçildilib. Nəticədə yolun hərəkət hissəsi 3-3.5 metr genişlənib. Dairəni keçməklə Şamaxı istiqamətinə doğru olan yolun kənarında olan əyrixətli dəmir tirlər də kəsilərək götürülüb. Bununla da, bu istiqamətdə də yolun hərəkət hissəsi nəzərə çarpacaq dərəcədə genişlənib.

XS
SM
MD
LG