Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:14

Yeni trend: Böyüklər üçün rəngləmə kitabları


- Bu il dünyada böyüklər üçün "Özün rənglə" kitabları dəbdədir. Demək olar ki, hər gün dünyanın kitablara həsr olunmuş mətbuat səhifələrində böyüklər üçün rəngləmə kitablarının satış rekordları haqda xəbərlər olur.

İnsanların bu yeni asılılığını göstərən səhnələrə Avropanın hava limanlarında, qatarlarda, gözləmə məntəqələrində tez-tez rast gəlmək olar. Əsəbləri sakitləşdirmək üçün, yaxud da əyləncə üçün, hərə bu həvəsini bir cür izah edir.

“Rəngləyərkən stress atırsan, beynin pozitiv fikirləşməyə köklənir" - ortaq fikir budur.

Amerikalı, avropalı, yapon müəlliflərin hər həftə ən azı iki rəngləmə kitabı ən çox satılan kitabların iyirmiliyində yer alır. Budur, bu gün daha bir xəbər.

Belə kitabların cürbəcür mövzuları olur, amma ən çox heyvanlar, təbiət, həndəsi fiqurlar, mənzərələr, Hindu və Buddist simvollarıyla kainat şəkilləri.

Belə kitabların birdən-birə populyarlaşmasında incəsənət psixoterapevtlərinin də rolu var. Onlar öz müştərilərinin müalicə reseptlərinə belə kitabları satın almağı yazırlar.

Böyüklər üçün rəngləmə kitabları böyüklərə uşaqların sahəsinə girməyə və özlərini uşaqlıqdakı kimi nəzarət altında hiss etməyə kömək edir.

Rəng seçimini, hansı yerləri rəngləyib, hansıları boş saxlamaq seçimini özlərinin etməsi onlara güvən verir.

Kitab dükanları gündəlik içəri girən müştərilərin yazılı kitabdan daha çox böyüklər üçün rəngləmə kitabları aldığını deyirlər.

Oxu Zalı

XS
SM
MD
LG