Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 03:52

Avstriya polisi yolda buraxılmış yük maşınında ölü tapılan miqrantların sayının 71 olduğunu deyir.

Onlardan 4-ü uşaq, 8-i isə qadındır.

Polis məsələ ilə bağlı artıq Macarıstanda 3 nəfərin həbs olunduğunu deyir.

Poliş soyuducu yük maşınını avqustun 27-də Vyana-Budapeşt yolunun kənarında aşkar edib.

Almaniya kansleri Angela Merkel bunun Avropa liderlərini sarsıtdığını deyir.

Liderlər avqustun 26-da Vyanada Balkandakı qaçqın problemini müzakirə ediblər.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini ümid edir ki, bu faciə üzv ölkələri məsuliyyətli qərar qəbul etməyə məcbur edəcək.

Serbiyanın xarici işlər naziri İvitsa Dacic isə bildirib ki, qaçqın axınını həll eləmək üçün yaxşı vasitə tapmağa şağırıb.

Son aylar Suriya və Liviyadan Avropa Birliyinə yüz minlərlə qaçqın keçib.

Təkcə bu il Almaniyaya 800 minədək qaçqın gələcəyi gözlənilir.

Macarıstan bunun qarşısını almaq üçün Serbiya ilə sərhəddinə tikanlı məftillərdən sədd çəkir.

XS
SM
MD
LG