Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:47

ABŞ Özbəkistanı anti-İŞİD koalisiyasına dəvət edir


Daniel Rosenblum
Daniel Rosenblum

"Biz Özbəkistanı…koalisiyaya qoşulmağa dəvət etmişik, - deyib dövlət katibinin Mərkəzi Asiya üzrə müavini Daniel Rosenblum

Birləşmiş Ştatlardan alınan xəbərlərdə deyilir ki, cümə axşamı Vaşinqton Özbəkistanı İslam Dövləti adlanan təşkilata qarşı çoxmillətli koalisiyaya qoşulmağa çağırıb.

ABŞ bunu da əlavə edib ki, Özbəkistan bu koalsiyada istədiyi rolu oynamaqda sərbəst olacaq.

"Biz Özbəkistanı…koalisiyaya qoşulmağa dəvət etmişik, - deyib dövlət katibinin Mərkəzi Asiya üzrə müavini Daniel Rosenblum.

O bu bəyanatı Daşkənddə Özbəkistan rəhbərliyi ilə intensiv danışıqlardan sonra mətbuat nümayəndələrinə açıqlayıb.

Özbəkistan ABŞ-ın Mərkəzi Asiya təlimlərində iştirak edib
Özbəkistan ABŞ-ın Mərkəzi Asiya təlimlərində iştirak edib

Reuters agentliyi bildirir ki, 31 milyonluq əhalisi ilə Mərkəzi Asiyanın ən böyük müsəlman ölkəsi olan Özbəkistan Əfqanıstan müharibəsi zamanı NATO-nun ən etibarlı partnyorlarından biri olub.

Müttəfiqlik təkcə raket atmaqla deyil

Rosenblum izah edib ki, ABŞ-ın İŞİD-ə qarşı koalisiyasına İraq və Suriyadakı hədəflərə raket zərbələrinin endirilməsindən başqa bir də maliyyə komponenti var.

Bu komponent İslam Dövləti adlanan təşkilata maliyyə axınının əngəllənməsini nəzərdə tutur.

Daniel Rosenblum: Biz Özbəkistanı…koalisiyaya qoşulmağa dəvət etmişik

Cənab Rosenblum həmçinin deyib ki, koalisiya üzvləri adamların sərhədlər üzərindən hərəkətini də monitorinq edirlər və bundan başqa daha beş və ya altı əməkdaşlıq mərhələsi mövcuddur.

“Özbəkistan və ya hər hansı başqa ölkə koalisiyaya töhfə vermək üçün bu elementlərdən birini seçə bilər” - deyib dövlət katibinin müavini.

Reuters bildirir ki, Özbəkistan tərəfindən bu xəbərə şərh verilməyib.

Davakar İslam və insan haqları

Agentlik bunu da qeyd edir ki, böyük qızıl və pambıq ixracatçısı olan Özbəkistanın 78 yaşlı avtoritar lideri İslom Karimov Qərb hökumətləri tərəfindən insan haqlarının bərbad vəziyyətinə görə davamlı tənqidlərlə üzləşir.

Özbəkistan rəhbərliyi bundan əvvəl regionda davakar İslamın bütün formalarına qarşı mübarizənin zəruruliyini vurğulayıb.

Bu barədə suallara cavab verərkən Rosenblum deyib ki, Özbəkistan pambıq becərilməsində uşaq əməyindən istifadənin ləğv olunması istiqamətində uğurlu addımlar atıb.

XS
SM
MD
LG