Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:04

Neftin qiyməti sürətlə qalxıb


Lakin əksər ekspertlər bunun çox qısamüddətli artım olduğuna inanırlar.

Neft qiymətləri cümə axşamı 10 faiz artıb. Bu bir gün ərzində artım üçün 2008-ci ildən bəri ən yüksək rəqəmdir.

Ekspertlər bildirirlər ki, neft qiymətinin artımı ABŞ və Avropa birjalarlındakı dirçəlişlə bağlıdır.

Neft qiymətlərinin artmasında həmçinin Shell şirkətinin Nigeriyada hasilatla əlaqədar üzləşdiyi çətinliklər barədə xəbərlər də rol oynayıb.

Beləliklə Brent markasından olan neftin qiyməti bir gündə 4, 42 dollar artaraq bir barrel üçün 47, 56 dollara çatıb.

Lakin əksər ekspertlər bunun çox qısamüddətli artım olduğuna inanırlar.

Onlar bildirirlər ki, neftin aşağı qiymətlərdən belə kəskin yüksəlişi bir-iki gün də davam edə bilər, lakin bunun ardınca aşağı qiymətin yeni rekordu vurula bilər.

XS
SM
MD
LG