Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 13:16

Kralı şantaj edən jurnalistlər həbs olundu


Onlar kral haqqında gözdən salan informasiyanı dərc etməmək müqabilində 3 milyon avro tələb edirdilər.

Fransa polisi Mərakeş kralı 6-cı Məhəmmədi şantaj etdiklərinə görə iki jurnalisti həbs edib.

68 yaşlı Eric Laurent və onun kral haqqında yazdığı kitabın həmmüəllifi Catherine Graciet Mərakeş monarxından şantaj yolu ilə pul qoparmağa çalışıblar.

Onlar kral haqqında gözdən salan informasiyanı dərc etməmək müqabilində 3 milyon avro tələb edirdilər.

Xəbər verilir ki, jurnalistlər Mərakeş nümayəndəsindən tələb edilən pulu alarkən yaxalanıblar.

Editions du Seuil nəşriyyatından onların kitab üzərində işlədikləri təsdiq edilib. Nəşriyyat bildirib ki, onlar kral haqqında artıq bir kitabın müəllifidirlər.

Eric Laurent habelə indiki kralın atası 2-ci Həsən barədə də bir kitab yazıb.

XS
SM
MD
LG