Ukrayna hökuməti bildirib ki, kreditorlarla borcun qaytarılması üzrə razılaşmanın yenidən cədvəllənməsi istiqamətində razılaşma əldə edilib.
Bu razılaşmaya həmçinin Ukraynanın 19 milyard dollarlıq xarici borcundan 20 faizin, yəni 3, 8 milyard dolların silinməsi daxildir.
Ukrayna və xarici kreditorlar arasında bağlanmış sazişə görə Kiyevin borcu qaytarma müddəti 4 il də uzadılıb.
Xəbər verilir ki, kreditorlar Kiyevə bu güzəşti Birləşmiş Ştatların təzyiqi altında ediblər.
Bu arada ATƏT məlumat verir ki, Kiyev və separatçılar sentyabrın 1-dən atəşkəs rejiminə əməl etmək barədə razılığa gəliblər.
Lakin Ukrayna tərəfi bildirir ki, son 24 saat ərzində bütün cəbhə xətti boyunca gərginlik artıb.