Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 14:19

Keçmiş merə ömürlük həbs verildi


Foto arxiv

Dağıstanın keçmiş meri ömürlük həbsə məhkum edilib.

Şimali Qafqaz Regional Hərbi Məhkəməsi Said Amirovu 2011-ci ildə istintaq komitəsinin rəsmisi Arsen Gadzhibekovun qətlinin təşkilində təqsirli bilib.

Amirov Dağıstanın Kaspiysk rayonunda terror hücumları törətməkdə də təqsirli blinib.

Onun 7 tərəfdaşı isə 10-22 il arası həbsə məhkum olunublar.

Amirov 2014-cü ilin iyulunda terror aktları planlaşdırmaq və qanunsuz silah gəzdirmək ittihamı ilə 10 il azadlıqdan məhrum edilib.

O 1998-ci ildə Dağıstanın ilk seçilmiş meri olub.

Amirov bir neçə hücumdan sağ çıxıb.

XS
SM
MD
LG