Lionel Messinin Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya vurduğu top ötən mövsümün ən yaxşı qolu seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Messinin bu qolu 39 faiz səs toplayıb.
Kriştiano Ronaldonun çempionlar liqasında"Liverpul"a vurduğu qol isə 24 faiz səslə ikinci olub.
Aaron Remsinin "Qalatasaray"a vurduğu qol isə 3-cü olub.