Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:08

Həmsədrlər regiona gəlmək istəyirlər


James Warlick

ATƏT-in Minsk Qrupunun həmsədrləri payızda regiona gəlməyi planlaşdırırlar.

Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick məlumat verib.

Amma o hələlik səfərin dəqiq tarixinin bəlli olmadığını bildirib.

“Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərini BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək iclası çərçivəsində bir araya gətirməyi və danışıqlar prosesinin irəli aparılması istiqamətində fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirik. Münaqişənin sülh yolu ilə həlli üçün ən yüksək səviyyədə yenilənmiş öhdəliklərə ehtiyacımız var”, - deyə səfir vurğulayıb.

XS
SM
MD
LG