Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

NATO-nun 21 ildə ən böyük təlimi (VİDEO)


NATO-nun 21 ildə ən böyük təlimi
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

NATO-nun 21 ildə ən böyük təlimi

Amerikalı general deyir ki, təlimdən bir saat qabaq burdan Rusiya təyyarəsi uçdu. "Biz elə onu istəyirik ki, onlar bizim müdafiə imkanlarımızı görsünlər"

Çərşənbə günü NATO-nun Almaniyada keçirilən paraşüt-desant qüvvələrinin Swift Response - “Sürətli reaksiya” təlimləri son 21 ildə keçirilən təlimlərin ən iri miqyaslısı olub. Bavariyanın Hoenfels poliqonunda keçirilən manevrlərdə Bolqarıstan, Fransa, Almaniya, Polşa, Yunanıstan və digər ölkələrin desant qüvvələri iştirak edib.

Onlar təyin olunmuş ərazilərə çıxış, binalara hücum və hədəfdə olan adamların ələ keçirilməsi bacarıqlarını nümayiş etdiriblər. Avropada yerləşən Amerika ordusunun komandanı general-leytenant Ben Hodges deyir ki, bu manevrlər xüsusi əhəmiyyət kəsb edir.

"Təlimlər başlamazdan bir saat əvvəl, buradan Rusiya təyyarəsi uçdu. “Açıq səma” razılaşmasına əsasən biz ona mane ola bilmərik. Lakin rusların desant əməlıiyyatı zamanı buradan uçmaları təsadüfi deyil. Əsas odur ki, onlar bizim döyüşə girmədən müdafiə imkanlarımızı gördülər. Biz istəyirik ki, onlar bunu görsünlər”.

NATO təlimi
NATO təlimi

Manevrlərdə Alman paraşüt desant diviziyası da iştirak edir. General-mayor Eberhard Zorn:

“Bizim diviziya “Sürətli reaksiya” adlanır. Bu o deməkdir ki, ilk olaraq bizim desantlar reaksiya verir. Əgər haradasa böhran baş verirsə və belə bir siyasi qərar qəbul edilir ki, ora alman desantı getməlidir, onda bizə, mənzil başına bir neçə günə çata biləcək, ordu lazımdır”.

Hoenfels poliqonunda keçirilən Hava desantı təlimlərində mindən çox paraşütçü iştirak edib, o cümlədən ABŞ ordusunun 82-ci paraşüt desant diviziyası.

XS
SM
MD
LG