Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

«YouTube Gaming» artıq hazırdır


YouTube Gaming
YouTube Gaming

-

YouTube iyun ayında özünün oyun platforması«YouTube Gaming»i elan etdi və testlərə başladı.

Artıq test mərhələsi bitib və proqram «Google Play Store»da yerləşdirilib.

«YouTube Gaming» qeymerlər üçün nəzərdə tutulub. Məqsəd bütün oyun həvəskarlarını birləşdirəcək bir internet mühiti yaratmaqdır.

Proqramda oyunçular üçün bir çox imkanlar var. Onlar bir-birləri ilə söhbət edə, canlı yayıma qoşula, sevimli oyunlarını izləyib dəyərləndirə bilərlər.

İndi Android istifadəçiləri üçün çatımlı olan proqramın iOS və «Windows Phone» üçün də yayımlanacağı gözlənilir.

XS
SM
MD
LG