Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Şəhər prokuroru jurnalistlərə vəd verib


Jurnalistlərin aksiyası - 27 avqust 2015
Jurnalistlərin aksiyası - 27 avqust 2015

-

Avqustun 27-də bir qrup jurnalist Bakı şəhər Prokurorluğunun binası qarşısında jurnalist Rasim Əliyevin ölümündə günahı olan həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə aksiya keçirib.

Aksiya iştirakçılarını Bakı şəhər prokuroru Əziz Seyidov qəbul edib. Jurnalistlər R.Əliyevin döyülərək öldürülməsi barədə qaldırılan cinayət işinin istintaqı ilə bağlı Ə.Seyidova suallar veriblər. Aksiya iştirakçıları prokurora deyiblər ki, R.Əliyevin ölümündə günahkar olan həkimlər də cinayət məsuliyyətinə cəlb edilməlidir.

Əziz Seyidov aksiyaçılardan istəkləri ilə bağlı müraciət hazırlamalarını xahiş edib. Sənəddəki məsələlərə, o cümlədən həkimlərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılacağını bildirib.

Rasim Əliyev avqustun 8-də döyülüb və bir gün sonra xəstəxanada keçinib. İstintaqın versiyasına görə, döyülməsinə səbəb «facebook»da «Qəbələ» komandasının kapitanı Cavid Hüseynovu tənqid etməsi olub.

Jurnalistin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 126.3 (qəsdən insan ölümünə səbəb olan ağır xəsarətlərin yetirilməsi) maddəsi ilə cinayət işi qaldırılıb. Bu ittiham üzrə 6 nəfər həbs edilib.

Futbolçu Cavid Hüseynov isə cinayəti qabaqcadan bilib xəbər verməmə ittihamı ilə həbs edilib.

Jurnalistlərin aksiyası - 27 avqust 2015
Jurnalistlərin aksiyası - 27 avqust 2015

XS
SM
MD
LG