Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:42

Taliban Helmandda strateji qərargahı ələ keçirib


Əfqanıstanda ABŞ-ın havadan zərbələrinə baxmayaraq Taliban strateji əhəmiyyətli Helmand vilayətindəki qərargahı ələ keçirib.

Əfqanıstanda ABŞ-ın havadan zərbələrinə baxmayaraq Taliban strateji əhəmiyyətli Helmand vilayətindəki qərargahı ələ keçirib.

Bir vaxtlar NATO-nun əsas döyüş mövqelərindən biri olan Musa Qala Taliban döyüşçülərinin Helmandda ələ keçirdikləri ikinci şəhərdir.

Musa Qala 2001-ci ildə Əfqanıstana ABŞ-ın başçılığı ilə müdaxilə zamanı qızğın döyüşlərin getdiyi məkan idi.

Vilayətin qubernatoru Mohamad Sharif deyib ki, o Talibanın hücumu əsnasında qaçmalı olub.

O deyib ki, mərkəzi hökumətdən son gönlər istədiyi əlavə qüvvələri ala bilməyib.

Cənubi Helmandda çərşənbə günü iki NATO əsgəri öldürülüb. Onların hərbi bazadakı maşınlarına əyinlərində Əfqanıstan ordusunun formaları olan əsgərlər atəş açıblar.

Musa Qala bir vaxtlar Talibanın istehkamlarından biri olmaqla həmdə xaşxaş ticarətinin mərkəzi idi.

Şəhər 2007-ci ildə Taliban və NATO arasında gedən ağır döyüşlərdən sonra geri alınmışdı.

XS
SM
MD
LG