Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 17:45

Suriyada azərbaycanlının öldürüldüyü bildirilir


Foto arxiv

Suriyada daha bir azərbaycanlı öldürülüb.

APA-nın məlumatına görə, bu barədə "Timeturk" saytının əməkdaşı Furkan Azəri öz "Facebook" səhifəsində yazıb.

Məlumatda qeyd olunur ki, Bəşər Əsədə qarşı vuruşan “Mahmut Azəri”nin dəstəsinin üzvü, “Zubeyir Azəri” ləqəbli azərbaycanlı Suriyanın Ribat bölgəsində hökumət qüvvələrinin hava zərbələri nəticəsində ölüb.

Jurnalist öldürülən azərbaycanlının meyitinin və basdırıldığı yerin fotolarını da paylaşıb.

XS
SM
MD
LG