-
ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta avqustun 26-da Yeni Azərbaycan Partiyasının icra katibi, Baş nazirin müavini Əli Əhmədovla partiyanın mənzil-qərargahında görüşüb.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə ABŞ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələr arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.
Görüşdə həmçinin qarşıdan gələn parlament seçkilərinə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs olunub.