Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:34

Əfqanıstanda 2 NATO əsgəri öldürülüb


Arxiv fotosu

-

NATO bildirir ki, iki hərbçisi Əfqanıstanın cənubunda Əfqan Milli Təhlükəsizlik Qüvvələrinin uniformasını geyinmiş şəxslər tərəfindən öldürülüb.

NATO hücumun avqustun 26-da Helmand vilayətində baş verdiyini bəyan edib.

Alyansın məlumatına görə, hücumçular hərbi obyekt daxilindəki maşında olan əsgərlərə atəş açıblar. Hər iki hücumçu NATO qüvvələrinin cavab atəşilə öldürülüb.

Ölənlərin milliyyəti açıqlanmayıb.

Əfqanıstanda beynəlxalq qüvvələrə hücumlar problem olaraq qalır. Ancaq Helmand hadisəsi apreldən bəri ilk belə hücumdur.

Taliban hələlik hücuma görə məsuliyyəti üzərinə götürməyib.

XS
SM
MD
LG