Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 00:53

-

ABŞ Dövlət Departamenti bildirir ki, Birləşmiş Ştatlar və Türkiyə koalisiya sazişinin “texniki detalları”nı yekunlaşdırıblar. Saziş Türkiyənin İslam Dövləti (İD) silahlı qruplaşmasına qarşı beynəlxalq hava kampaniyasına tam inteqrasiyasını nəzərdə tutur.

Pentaqonun sözçüsü Peter Cook avqustun 25-də deyib ki, texniki razılaşmanın həyata keçirilməsi “bir neçə gün” çəkəcək. Onun sözlərinə görə, Türkiyə İD yaraqlılarına qarşı hərbi əməliyyatlarda “mümkün qədər tez tam iştirak etmək öhdəliyi götürüb”.

İD ötən ilin yayından Suriya və İraqda böyük ərazilər ələ keçirib.

Türkiyə xarici işlər naziri Mevlut Cavusoglu daha öncə bildirib ki, silahlı qruplaşmaya qarşı geniş və koordinasiya olunmuş əməliyyat tezliklə başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG