Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:37

İspaniya və Mərakeş “İŞİD həbsləri” edir


İspaniya və Mərakeş İslam Dövləti adlanan qruplaşmaya qarşı birgə əməliyyatın əsnasında bu təşkilatın səfərbərçiləri olduqları güman edilən 14 nəfəri həbs edib

İspaniya və Mərakeş İslam Dövləti adlanan qruplaşmaya qarşı birgə əməliyyatın əsnasında bu təşkilatın səfərbərçiləri olduqları güman edilən 14 nəfəri həbs edib.

Həbslərdən biri Madrid yaxınlığında, qalanları isə Mərakeş şəhərlərində həyata keçirilib.

Həbs edilənlər İraq və Suriyada İŞİD-in nəzarətində olan ərazilərə yeni səfərbərlər toplayan şəbəkənin üzvü olmaqda şübhəli bilinirlər.

Ötən cümə günü İspaniyada yaşayan bir mərakeşli Fransa qatarında terrorçu basqın törətməyə cəhd göstərərkən zərəsizləşdirilib.

25 yaşlı Ayoub El-Khazzani İspaniyaya 2007-ci ildə Mərakeşin Tatuan şəhərindən gəlib.

O İspaniyanın “təhlükəli terror şübhəliləri” siyahısında olan bir sıra şəxslərlə əlaqədə şübhəli bilinir.

İspaniyanın anti-terror qurumlarının məlumatına görə, Suriya və İraqdan qayıtmış 800 İŞİD döyüşçüsü Avropada hər an basqın törədə bilər.

XS
SM
MD
LG