-
Tayvanın (Çin) «ASUS» şirkəti «ZenFone 2» smartfonunun yeni versiyasını təqdim edib.
Model bu dəfə 256 QB-lıq daxili yaddaşı ilə fərqlənir.
Cihazın başqa xüsusiyyətləri dəyişməyib.
Smartfon əvvəlki kimi «Full HD» 5.5 düymlük ekran, 64 bitlik «Intel Atom Z3580» prosessoru, 4 QB əməli yaddaş, 13 meqapiksellik kamera və 3000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.
«ZenFone 2 Deluxe Special Edition» hələ ki yalnız Braziliyada satışa çıxarılacaq.