Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Rublun məzənnəsi rekord həddə enib


İndi bir dollar 70, 1 avro isə 82 rubldur. Bu, dolların rubla nisbətdə 1998-ci il rekordunu təzələməsi deməkdir.

Rusiyanın milli valyutası bütün ötən həftə ərzində ucuzlaşmaqda davam edərək bazar ertəsi 2015-ci il üçün minimuma enib.

Buna səbəb neft qiymətlərinin enməsi, Çin birjasının tənəzzülü və Qərbin sanksiyalarıdır.

BBC-nin Rus xidməti ötən bazar ertəsini “Rublun qara bazar ertəsi” adlandırıb.

İndi bir dollar 70, 1 avro isə 82 rubldur. Bu, dolların rubla nisbətdə 1998-ci il rekordunu təzələməsi deməkdir.

Çin birjasında səhmlərin qiyməti son səkkiz ildə ən böyük enişini yaşayır.

Bunun ardınca Avropa birjaları da təsirlənib. Fransada, Almaniyada və Britaniyada səhm qiymətləri təxminən 5 faiz düşüb.

Rusiya birjasında bu eniş 6 faiz təşkil edib.

Çin dünyada neftin ikinci böyük alıcısı olduğuna görə onun iqtisadi imkanlarının məhdudlaşması “qara qızılın” bazarına yaxşı heç nə vəd etmir.

Brent markasından olan xam neftin oktyabr ayı üçün füçers qiyməti 43, 72 dollar olub.

Bu, 2009-cu ilin ən pis göstəricisinə bərabərdir.

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib ki, neftin qiyməti “qısa müddətdə” və ya “çox qısa müddətdə” 40 dollardan aşağı düşə bilər.

Baş nazir Medvedev deyib ki, o, rublun məzənnəsinin orta müddətdə dirçələcəyinə inanır.

O deyib kİ, hökumət qiymətli kağız bazarına valyuta axınını artırmaqla Mərkəzi Banka dəstək verəcək.

XS
SM
MD
LG