Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 04:30

İçərişəhərdə Avropa şəhərciyi


Azərbaycan və Aİ bayraqları.

-

Sentyabrın 19-da İçərişəhərdə - Qoşa qala qapısı meydanında Avropa şəhərciyi – 2015 (Eurovillage-2015) təşkil ediləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Avropa İttifaqınıntəşkilatçılığı ilə keçiriləcək tədbirdə bu ittifaqa üzv olan ölkələrin çadırları qurulacaq.

Üçüncü ildir təşkil olunan bu tədbirdə ziyarətçilər Avropa ölkələrinin milli adət-ənənələri, mədəniyyəti ilə daha yaxından tanış olmaq, müxtəlif oyunlarda iştirak etmək və əylənmək imkanı əldə edirlər.

Gün ərzində «face art», çoxlu oyunlar və viktorinalar, rəqslər, karaoke keçiriləcək, Avropa mətbəxi nümayiş olunacaq.

Axşam proqramında Xorvatiya və Böyük Britaniya musiqiçilərinin ifaları dinləniləcək.

XS
SM
MD
LG