Keçid linkləri

2026, 16 İyul, cümə axşamı, Bakı vaxtı 00:10

Polis maşınla polisi vurdu

Foto illüstrasiya
Foto illüstrasiya

-

Bakıda polis idarə etdiyi avtomobillə həmkarını vurub, sonra da hadisə yerindən qaçıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Hadisə avqustun 23-də saat 01 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi «Mercedes» markalı avtomobillə orada «BMW» markalı avtomobildə xidmətdə olan Bakı DYPİ YPX-nin inspektoru, polis serjantı Samir Dənziyevi vurub hadisə yerini tərk edib.

S.Dənziyev xəstəxanaya yerləşdirilib.

Görülmüş tədbirlərlə A.Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

This item is part of
XS
SM
MD
LG