Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 13:18

Mingəçevir hadisəsinə görə leytenant tutuldu


Polis şöbəsində ölən gəncin dəfni
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Polis şöbəsində ölən gəncin dəfni

-

Mingəçevir şəhər Polis Şöbəsində baş vermiş ölüm hadisəsi ilə bağlı bir polis əməkdaşı həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna belə deyib.

Həbs edilən şəxs Mingəçevir şəhər Polis Şöbəsinin sabiq əməliyyat müvəkkili, polis baş-leytenantı Şahlar Şahlarzadədir.

O, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılıb. Polis əməkdaşının barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Avqustun 20-də Mingəçevir sakini 27 yaşlı Bəhruz Hacıyev polis bölməsinə aparılıb, az sonra ölüm xəbəri gəlib. Yaxınları onun meyiti üzərində zorakılıq izləri olduğunu bildirirlər.

Avqustun 22-də bir qrup şəxs şəhər mərkəzində baş verənlərə etiraz olaraq aksiya keçiriblər. 21 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi bildirir ki, mərhum narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinərək Mingəçevir Polis Şöbəsinə gətirilib, inzibati binadakı xidməti otaqlardan birində dindirilərkən qəfildən özünü pəncərədən atıb.

Yaxınları rəsmi qurumların dediklərini qəbul etmirlər.

XS
SM
MD
LG