Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:02

Sürüşmə təhlükəsi gözlənilir


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Azərbaycanın bəzi ərazilərində torpaq sürüşmələrinin aktivləşəcəyi ehtimal olunur.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib.

Onun dediyinə görə, nazirliyin apardığı mütəmadi monitorinqlər göstərir ki, bəzi rayonlarda sürüşmə qaçılmazdır. O, bunu rayonlarda son günlər intensiv yağan yağışlarla əlaqələndirib: «Abşeron, Zığ, Astara, Muğanlı, İsmayıllı və Xınalıq yolu daim sürüşmənin aktiv olduğu bölgələrdir. Yəni bu ərazilərə yağış yağan kimi cüzi də olsa sürüşmələr başlayır».

Sürüşmənin təbii proses olduğunu və bunun qarşısını almağın mümkünsüzlüyünü qeyd edən Ə.Piriyev bildirib ki, nazirlik ekzogen proseslərin baş verməməsi üçün həmin ərazilərdə iynəyarpaqlı ağaclar əkir.

Nazirlik rəsmisi sürüşmələrin aktivliyini azaltmaq üçün əhalini də diqqətli olmağa çağırdı: «Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmələrin aktivliyini azaltmaq məqsədilə bir sıra tədbirlər həyata keçirir. Amma burada əhalinin də üzərinə çox böyük məsuliyyət düşür. Gərək sürüşmə zonasında yaşayan insanlar ağacları qırmasınlar, kanalizasiya və çirkab sularını kor-koranə axıtmasınlar. Bütün bunlara riayət olunarsa, cüzi də olsa sürüşmə aktivliyi azalmış olar».

XS
SM
MD
LG