Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:06

Manatın məzənnəsi - 24.08.2015


Manat.
Manat.

-

Avqustun 24-də dolların rəsmi məzənnəsi 0.09% azalaraq 1.0470 manata düşüb. Mərkəzi Bankın məlumatında belə deyilir.

apa yazır ki, avqustun 21-i ilə müqayisədə dolların məzənnəsi manata nisbətdə zəifləyib.

Avro isə bahalanıb, 1.52% artaraq 1.1994 manat olub.

Bu ilin fevralında manat Mərkəzi Bankın qərarı ilə təxminən 33-34 faiz devalvasiya olunub.

Son günlərdəsə banklarda dollar satışının dayandırılması haqda məlumatlar gəlir.

Mərkəzi Bank isə kommersiya banklarına dolların satış məzənnəsinin maksimal həddini (1.055) aşmamağı tövsiyə edib.

XS
SM
MD
LG