Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 16:13

Britaniya İran Mərkəzi Bankıyla işləmək istəyir


İranda Britaniya səfirliyi açılır, 23 avqust, 2015-ci il

-

Britaniyanın xarici işlər naziri Philip Hammond deyir ki, Britaniya İranın Mərkəzi Bankıyla işləmək istəyir. Məqsəd diplomatik münasibətlərin istiləşməsindən sonra Böyük Britaniya banklarının İranda ticarət və investisiyanı maliyyələşdirməsini asanlaşdırmaqdır.

Hammond bunu avqustun 23-də Tehranda İran Mərkəzi Bankının rəhbəri Valiollah Seif ilə görüşdə deyib. Onun sözlərinə görə, Britaniya kommersiya və sənaye bizneslərinin İranda işləməyə “böyük iştah”ı var. Söhbət İranla iyulda əldə olunmuş yekun saziş çərçivəsində Tehrana sanksiyaların qaldırılmasından sonra əməkdaşlıqdan gedir.

Seif deyib ki, İran və Britaniyanın keçmişdə müsbət münasibəti olub və həmin təcrübəni davam etdirə bilərlər.

Avqustun 23-də Hammond Britaniyanın Tehrandakı səfirliyinin açılışında iştirak edib. Eyni zamanda İranın Londondakı səfirliyi də açılıb.

XS
SM
MD
LG