Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

İran: Tehranda ABŞ səfirliyinin açılacağını gözləmək hələ tezdir


Mohammad Javad Zarif
Mohammad Javad Zarif

Britaniyanın 4 illik fasilədən sonra Tehrandakı səfirliyinin təkrar açıldığı gün bəyanat verən İran xarici işlər naziri Mohammad Javad Zarif deyib ki, "ABŞ məsələsi" fərqlidir

Reuters agentliyinin məlumatına görə Britaniyanın 4 illik fasilədən sonra Tehrandakı səfirliyinin təkrar açıldığı gün bəyanat verən İran xarici işlər naziri deyib ki, ABŞ səfirliyinin də açılacağını gözləmək üçün hələ tezdir.

Britaniya bazar günü Tehrandakı səfirliyini təkrar açıb
Britaniya bazar günü Tehrandakı səfirliyini təkrar açıb

Bazar günü Britaniyanın xarici işlər naziri Philip Hammond öz ölkəsinin Tehrandakı səfirliyinin təkrar açılışında iştirak edib.

İranın xarici işlər naziri Mohammad Javad Zarif “Tehran indi artıq ABŞ səfirliyinin də bərpasına hazırdırmı” sualına cavab olaraq deyib ki, Birləşmiş Ştatların İrana “məntiqsiz münasibəti” Vaşinqtonun da eyni addımı atmağa hazır olmadığını göstərir.

“Görünür belə münasibətlərdə və davranışlarda ABŞ tərəfindən dəyişikliyə ehtiyac var. Odur ki, ABŞ məsələsi fərqlidir” – deyib nazir.

Köhnə yaralar

Tehrandakı ABŞ səfirliyi 1979-cu il İslam İnqilabının ilk günlərində, Mərkəzi Kəşfiyyat İdarəsinin əli ilə törədilmiş 1953-cü il çevrilişinin təkrar olunacağından ehtiyat edən tələbələr tərəfindən hücuma məruz qalmışdı.

1979-cu ildə İran tələbələri ABŞ diplomatlarını 444 gün girov saxlamışdılar
1979-cu ildə İran tələbələri ABŞ diplomatlarını 444 gün girov saxlamışdılar

O vaxt ABŞ diplomatları 444 gün girov saxlanmışdılar. O zamandan bəri iki ölkə arasında dipliomatik münasibətlər mövcud deyil.

İran Britaniyanın addımına cavab olaraq özünün Londondakı səfirliyinin tam missiyasını bazar günü bərpa edib.

İranla imzalanmış nüvə sazişi hazırda baxılmaq üçün ABŞ Senatına verilib.

Prezident Barack Obama bildirib ki, Senatın sazişi rədd edəcəyi təqdirdə özünün veto səlahiyyətindən istifadə edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG