Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:02

Baş nazir polis zorakılığına tədbir görəcəyini vəd etdi


Livanın baş naziri Tammam Salam vəd edib ki, evlərdən zibilin yığılmamasına görə etiraz aksiyası keçirənlərin dağıdılması üçün zor işlətmiş polisə qarşı tədbir görəcək.

O xəbərdarlıq edib ki, ölkəni siyasi böhran bürüyüb və ictimai sektorda çalışanlara, o cümlədən zibilyığanlara maaş verilməsi üçün kifayət qədər pul yoxdur.

Nümayişçilər şənbə günü bir neçə etirazçının xəsarət almasına baxmayaraq Beyrutun mərkəzi meydanına toplaşıblar.

Hazırda Livanın prezidenti yoxdur, parlament isə pat vəziyyətindədir.

Şənbə günü keçirilmiş mitinq iştirakçıların sayına görə son vaxtlarda keçirilmiş aksiyaların ən böyüyü idi.

Cənab Salam deyib ki, etirazçıların xəsarət almasında günahı olan polislər cəzalandırılacaqlar.

Şənbə günü etirazını dağıdarkən polis gözyaşardıcı qazdan, suatanlardan və rezin güllələrdən istifadə edib.

Millət vəkilləri təriqətlərarası seçim sistemi əsasında xristian prezidenti təyinatı məsələsində razılığa gələ bilməyiblər.

Onlar yeni parlamentin seçilməsinə çağırışlara baxmayaraq öz deputatlıq müddətlərini iki dəfə artırıblar.

XS
SM
MD
LG