Ölkənin şimalındakı Dittingen şəhərində keçirilən aviasiya şousu zamanı iki kiçik təyyarənin havada toqquşması nəticəsində azı bir nəfər həlak olub.
İnsident İsveçrənin Bazel şəhərinə yaxın yerdə baş verib.
İsveçrə mediası xəbər verir ki, pilotlardan biri paraşütlə tullana bilib.
Bundan bir gün əvvəl Britaniyada keçirilən təyyarə şousunda qırıcının işlək avtomobil yoluna düşməsi nəticəsində 11 nəfər həlak olub.