Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Kürdlərin 3 meri həbs olunub


İstanbul, arxiv fotosu, avqust 2015
İstanbul, arxiv fotosu, avqust 2015

Türkiyədə kürdlərin əksəriyyət təşkil etdiyi yaşayış məntəqlərinin 3 meri məhkəmə qərarı ilə həbs olunub. Onlar ölkənin birliyini pozmaqda və regionda kürd özünü idarəçiliyinə dəstək verməkdə ittiham olunur.

Anadolu Ajansının məlumatına görə, bunlar Diyabakır şəhərinin Sur rayonunun iki meri - Sayeid Narin və Fatma Barut, eləcə də Silvan şəhərinin meri Yuksel Bodakci-dir.

Onların hər 3-ü Demokartik Regionlar Partiyasının üzvləridir. Bu partiya kürdlərin əsas siyasi qüvvəsi olan Xalq Demokratik Partiyasına yaxındır.

Merlərin məhkəməsinin nə vaxt başlanacağı bildirilmir.

XS
SM
MD
LG