Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 05:43

Vəkil: Sterligovun axtarışını İnterpol dayandırdı


German Sterligov Qarabağda 7 iyul 2015

İnterpol Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olan rusiyalı biznesmen German Sterliqovun axtarışını dayandırıb. Bunu onun vəkili Artur Ayrapetov deyib.

Artur Ayrapetov "Russkaya Slujba Novostey"ə bildirib ki, İnterpol siyasi motivlərə görə tutulması istənilən şəxslərin axtarışını həyata keçirmir: “Çünki bu, təşkilatın Nizamnaməsinə uyğun deyil. İnterpolun komissiyası isə Azərbaycanın Sterliqovu təqib etməsini siyasi motivli hesab edib. Biznesmen 10-15 gün İnterpolun axtarış bazasında olub, avqustun 21-də isə onun beynəlxalq axtarışı dayandırılıb”.

Vəkil onu da əlavə edib ki, Sterligov avqustun 29-dək Dağlıq Qarabağda qalacaq. Biznesmen həmin gün böyük tədbirlər təşkil edəcək – həyat yoldaşı Alyona Sterliqovanın Moda Evinin nümayişi və cıdır yarışları olacaq.

Azərbaycan G. Sperliqovu iyulun 28-də İnterpol xətti ilə axtarışa verib.

XS
SM
MD
LG