Keçid linkləri

2026, 13 İyul, bazar ertəsi, Bakı vaxtı 11:05

Britaniya Tehranda səfirliyi yenidən açdı

Tehranda Britaniya səfirliyi
Tehranda Britaniya səfirliyi

Britaniyanın xarici işlər naziri Philip Hammond Tehranda Britaniya səfirliyinin açıldığını elan edib. Səfirlik 4 il qabaq bağlanmışdı. O vaxt etirazçılar səfirliyə hücum etmişdi və səfiriyi bağlamağa məcbur olmuşdular.

Tehrana yola düşməzdən əvvəl Hammondun bəyanatı yayılıb. Bəyanatda deyilir ki, iki ölkə arasında münasibətlər 2011-ci ildən bəri yaxşılaşıb.

Hammond bildirir ki, İran səfirliyi də Londonda açılacaq.

2011-ci ildə Tehranda səfirlik bağlandan sonra Britaniya da İran səfirini ölkədən çıxartdı.

XS
SM
MD
LG