Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:10

Üzeyir bəy «Knyaz» dedi, amma «Maestro» kimi tanındı…


Niyazi və Həcər xanım
Niyazi və Həcər xanım

-

Gözlə

No media source currently available

0:00 0:28:05 0:00
Direct-ə keçid

Tiflis, 20 avqust 1912-ci il.

Şöhrətli Hacıbəyovlar nəslinin nümayəndəsi Zülfüqar bəyinxanımı bu şəhərdəbir oğlan uşağı dünyaya gətirir.

Azərbaycanda musiqili teatrın banilərindən sayılan Zülfüqar bəy elə həmin ay truppasıyla Tiflisə qastrol səfərinə yollananda, həyat yoldaşını da özüylə aparmışdı.

«BU UŞAQ LAP KNYAZA BƏNZƏYİR»

Əmisi Üzeyir bəy körpəni ilk dəfə Zülfüqar bəyin qucağında görəndə, onun baxışlarından çox xoşlanır və deyir: «Bu uşaq lap knyaza bənzəyir».

Bir müddət uşağı zarafatla «Knyaz» deyə çağırırlar, amma yaş kağızında «Niyazi» adını yazdırırlar.

Di gəl, Üzeyir bəyin verdiyi «Knyaz» adı həyatı boyunca maestro Niyazi ilə birgə eşidildi. Yaxın dostları onu həmişə «Knyaz» deyə çağırdılar.

İnsafən, ad yerinə düşmüşdü. Hansı çətinliklə üzləşsə də, maestro həmişə gerçək knyaz kimi kübar davranışlarıyla seçildi...

QIZIL BARMAQLAR

Maestro Niyazi maraqlı və dolğun bir ömür yaşadı və musiqinin az qala bütün janrlarında əsərlər yaratdı.

Əmisi Üzeyir bəyin «Koroğlu» operasını misilsiz ustalıqla dinləyicilərə çatdırdı.

Öz ölkəsinin və xarici ölkələrin ən yüksək orden və medallarına layiq görüldü.

Dünyanın ən unikal dirijorlarından sayıldı.

Hətta ona Almaniyada qızıl dirijor çubuğu bağışlandı.

Maestro dünyanın müxtəlif ölkələrində qastrol səfərində oldu.

Əmilərinin bacarmadığı bir işi gerçəkləşdirə bildi - Fransada əmisi uşaqları ilə - Ceyhun bəy Hacıbəylinin övladları ilə görüşə bildi…

«İSTANBULU BİRİNCİ DƏFƏ FATİH SULTAN MEHMET, İKİNCİ DƏFƏ…»

Niyazi Türkiyədə dəfələrlə qastrolda oldu, tamaşalar yönəltdi.

Ona «oxuyan barmaqlar» dedilər.

«İstanbulu birinci dəfə Fatih Sultan Mehmet, ikinci dəfə Niyazi fəth etdi!..» - deyib sevindilər.

HÜSEYN BAYKARANIN KİTABINI SOVET BAKISINA GƏTİRDİ…

Bir səfərində də maestro heç kəsin ürək eləməyəcəyi bir iş gördü. O, Azərbaycan mühacirətinin nəşrlərindən birini - Hüseyn Baykaranın «Azərbaycan istiqlal mübarizəsi tarixi» kitabını İstanbuldan sovet Bakısına gətirdi...

Kitabı gizlicə şair Bəxtiyar Vahabzadəyə verdi.

QORUYUCU MƏLƏK

Ancaq Niyazi haraya gedir-getsin, kiminlə görüşür-görüşsün, yanında bir qoruyucu mələyi vardı - Həcəri!..

Avqust maestronun həm doğulduğu, həm də dünyadan köçdüyü aydır.
Elə ailə həyatına da avqustun bircə addımlığında - iyulun 31-də qədəm qoyublar Niyazi və Həcər xanım.

AzadlıqRadiosunun «İz» proqramı hər ilin avqustunda məşhur Hacıbəyovlar soyadının davamçısı - ünlü bəstəkar və dirijor Niyazinin xatirəsini anır.

Ancaq Niyazidən danışıb onun həyatında önəmli rol oynamış qadından - Həcər xanımdan söz açmamaq mümkünsüzdür.

Bu radio-dastan elə o üzdən «Şıltaq dahinin yumşaldılması» və ya «Niyazi və Həcər xanım» adlanır

Avqustun 23-də saat 23-də «İz»ə düşün və «İz»dən çıxmayın.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG