Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:28

Yoxsulluq bir zamanlar yazıçıların taleyi hesab olunurdu, amma


Janice Galloway
Janice Galloway

- Edinburq Beynəlxalq Kitab Festivalında çıxış edən yazıçı Janice Galloway “Yaradıcı Şotlandiya” təşkilatını Şotlandiyanın yazıçılarını iztirabdan qurtarmaq üçün “hansısa sərt tədbirlər görməyə” çağırıb.

“Yaradıcı Şotlandiya” təşkilatı İncəsənət, Ekran və Yaradıcılıq sənayeləri üzrə Milli İnkişaf Agentliyidir.

“The Trick is to Keep Breathing” (“Hiylə nəfəsi saxlamaqdadır”, Vintage Classics) romanının müəllifi Galloway bir çox şotland yazıçıların, nəşriyyat sənayesi onlardan imtina etdiyinə görə, çörək xəttindən də aşağı həddə yaşayaraq iztirab çəkməyə tərk edildiyini deyib.

Galloway: "Şotlandiyanın nəşriyyat sənayesi tənəzzülə uğrayır, şairlər və yazıçılar 18-ci əsrin kasıblıq içində yaşamış yazıçısı Robert Burns kimi əzab çəkirlər."

“Yoxsulluq bir zamanlar yazıçıların taleyi hesab olunurdu. Amma belə olmamalıdır. Yazıçılıq dəyərli işdir. Yazmaq həyatları xilas edir, eynilə musiqi kimi. Çoxlu zəhmət çəkəndən sonra bir şey istehsal edirsən..."

Galloway İngiltərədəki tanınmış nəşriyyatları “mənfəət maşınları” adlandırıb. “Bizim dövrümüzdə hər şey mənfəət səviyyəsinə salınır, nəşriyyatlar da bu tendensiyaya uğrayıb... "

"Çoxlu pul qazanmırsansa, insanların vecinə də olmursan.”

1991-ci ildə tanınmış romanı işıq üzü görən xanım Galloway bu gün nəşriyyatların “riskli və eksperimental əsərləri nəşr etməkdən imtina etdiyini” deyib; “inanmıram ki, bu gün mənim o romanımı nəşr edərdilər. Bu gün əksər naşirlər bir azca eksperimental olan hər hansı əsərdən qorxurlar, çünki sabah geniş kütlələr onu asan-asan pul verib almayacaqlar. Onlar istəyirlər ki, bir kitabı bütün dünyada 56 dildə satıb pul qazansınlar.”

“Kiçik nəşriyyatlar risk edirlər. Amma bu kiçik nəşriyyatlar yazıçıya qonorar verə bilmirlər... Özün özünə çarə tapmalısan. Heç kəs gəlib qapını döymür.”

"Scotsman"a istinadən Oxu Zalı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG