Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:00

Ağ Ev: İŞİD “başçısının müavini” öldürülüb


Ağ Ev bəyan edib ki, İslam Dövləti adlandırılan təşkilatın liderinin müavini Fadhil Ahmad al-Hayali ABŞ-ın hava zərbələri zamanı həlak olub.

Ağ Ev bəyan edib ki, İslam Dövləti adlandırılan təşkilatın liderinin müavini Fadhil Ahmad al-Hayali ABŞ-ın hava zərbələri zamanı həlak olub.

Həm də Hajji Mutazz kimi tanınan Hayali ABŞ rəsmiləri tərəfindən qrup komandanlığında ikinci şəxs kimi tanınırdı.

ABŞ xəbər verir ki, Hayali bu həftənin əvvəlində Mosul şəhərində avtomobilinə havadan endirilən raket zərbəsi ilə öldürülüb.

Bu da xəbər verilir ki, son aylarda hava zərbələri nəticəsində İD liderlərindən bir neçəsi məhv edilib.

ABŞ Milli Təhlükəsizlik Şurasından Ned Price bildirib ki, Hayali böyük həcmlərdə silahların, partladıcıların, maşın və canlı qüvvənin daşınması işlərinə baxırdı.

Hayali İraqda aparılan əməliyyatlarda, o cümlədən 2014-cü ildə Mosul üzərinə hücumda aparıcı fiqurlardan biri idi, deyib Price.

İD lideri Abu Bakr al-Baghdadi-nin özü də ötən mart ayında keçirilmiş hava reydlərindən biri zamanı ağır yaralanmışdı.

Cənab Price deyib ki, “Hayalinin ölümü İD-in maliyyə, media, əməliyyatlar və logistika sahəsindəki fəaliyyətini təsirləndirəcək”.

İD-in mediasını yönləndirən ikinci şəxs – Abu Abdullah Hayali ilə eyni reyd zamanı öldürülüb.

XS
SM
MD
LG