Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 23:51

Mingəçevir polisş şöbəsində ölüm hadisəsi


Bəhruz Hacıyev

Avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində ölüm hadisəsi baş verib.

Şöbəyə çağırılan 27 yaşlı Köhnə Mingəçevir kənd sakini Bəhruz Hacıyevin bir müddətdən sonra ölüm xəbəri gəlib.

Onun ölümü kənd sakinlərinin qəzəbinə səbəb olub və qohumları ilə yerli polis arasında qarşıdurma yaranıb.

Kənd sakinləri deyir ki, onu polis bölməsinə aparanlar öldürüb.Polisə onun özünü 3-cü mərtəbədən atdığını deyir.

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Qurban Səfərov Mingəçevir kəndində olub, mərhumun yaxınları ilə görüşüb.

Bu barədə AzadlıqRadiosununun hadisə yerində olan müxbiri xəbər verir.

Müstəntiq bildirib ki, faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir.

O bildirib ki, baş prokurorluğun mətbuat xidməti istintaqın nəticələri barədə ictimaiyyətə açıqlama verəcək.

Faktla bağlı cinayət işi açılmasını AzadlıqRadiosuna Daxili İşlər nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da təsdiqləyib.

O bildirib ki, ölümün səbəbi istantaq zamanı müəyyənləşəcək.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG