Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 07:45

Poroshenko Rusiyanı qardaş saymır


Petro Poroshenko

“Müharibə şəraitində qardaş xalqlardan söhbət də gedə bilməz”.

Bunu Ukrayna prezidenti Petro Poroşenko Rusiya prezidenti Vladimir Putinin avqustun 17-də Krımda dediklərinə münasibət bildirərkən deyib.

Putin Krımda çıxış edərkən deyib ki, ukraynalılarla ruslar bir xalqdır, və Ukrayna xarici təzyiq altındadır.

Poroshenko isə ölkənin ictimai xadimləri ilə görüşdə buna münasibət bildirərkən deyib ki, müharibə şəraitində bizim heç bir qardaş xalqımız yoxdur. “Avropaya gedən vahid Ukrayna xalqı və dərin böhranda olan Rusiya xalqı var”.-deyə o vurğulayıb.

XS
SM
MD
LG