Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:56

Almaniyada “Quran davası” qopdu


Bu ölkəyə gəlmiş qaçqınların arasında Quran səhifələrinin cırılmasına görə baş verən toqquşmada 17 nəfər xəsarət alıb

Mərkəzi Almaniyadakı qaçqın sığınacaqlarından birində Quran üstündə başlamış dava-dalaş nəticəsində 11 miqrant və 6 polis nəfəri xəsarət alıb.

Polislə toqquşma

Xəbər verilir ki, Zul şəhərindəki sığınacaqda 20-dək miqrant 25 yaşlı əfqanı “Quranın vərəqlərini cıraraq ayaqyoluna tulladığı” üçün linçləməyə çalışıb. Sonradan mübahisəyə daha 100-dək qaçqın qoşulub. Bundan sonra hadisə yerinə 125 polis nəfəri göndərilib.

Mübahisəyə müdaxilə edən polis də hücuma məruz qalıb. Polis üzərinə daş-kəsək, beton parçaları atılıb. İğtişaşın yatırılması üçün 4 saat vaxt lazım gəlib.

Bu arada Almaniyada miqrant axını ilə bağlı ciddi problemlər yaşanmağa başlayıb. Berlin bildirib ki, bu il ölkəyə 800 min insanın sığınacaq ərizəsi verəcəyi gözlənilir.

Xəbər verilir ki, Avropaya gələn miqrantların yarıdan çoxu məhz Almaniyaya axışır.

Quranın vərəqlərini cıran polis nəzarətindədir

Zul şəhərinin yerləşdiyi Türingiyanın rəsmiləri bildiriblər ki, buradakı qaçqın sığınacağında problemin yaranmasına səbəb 1800-dək müxtəlif millət nümayəndələrinin bir düşərgəyə doldurulması olub. Halbuki bu bina 1200 nəfər üçün nəzərdə tutulub.

Türingiyanın baş naziri Bodo Ramelow deyib ki, heç kimin Quranla bu cür rəftarına haqq qazandırıla bilməz

Türingiyanın baş naziri Bodo Ramelow deyib ki, müxtəlif millətlər arasında emosiyaların qızışmasını başa düşür, lakin heç kimin Quranla bu cür rəftarına haqq qazandırıla bilməz.

Sözü gedən əfqanın hazırda polis nəzarətində saxlandığı bildirilir. Onun dini kimliyi barədə məlumat verilmir.

Bu həftənin əvvəllərində ifrat sağçı təşkilatlar Zul şəhərində anti-İslam yürüşü keçiriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG