Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

“Xilafət” evlərdəki “peyk boşqablarını” sökür


İslam Dövləti adlandırılan təşkilat adamların anti-İD reportajları yayan “qorxulu” telekanallara baxmasını qadağan edən fətva verib

İslam Dövləti adlandırılan təşkilat adamların anti-İD reportajları yayan “qorxulu” telekanallara baxmasının qarşısını almaq məqsədilə evlərdəki peyk cihazlarının və antennalarının dağıdılmasına başlayıb.

Bu barədə məlumatı AzadlıqRadiosuna Suriyadakı şahidlər veriblər.

Bundan bir qədər əvvəl İD televizorlara baxılmasını qadağan edən fətva yaymışdı.

Fətva avqustun 7-də təşkilatın de facto paytaxtı sayılan Raqqa şəhəri də daxil olmaqla, İD-in nəzarətində olan ərazilərdəki məsçidlərin imamları tərəfindən elan edilmişdi.

Əl-Fəvvaz məsçidinin İD rəğbətlisi olan imamı Al-Jazeera, Al-Arabiya və başqa telekanallarda verilən məlumatların yalan olduğunu elan edib

Raqqa sakini Mohammed al-Ali AzadlıqRadiosuna bildirib ki, belə bir fətvanın əl-Fəvvaz şəhərinin məsçidində elan edildiyini özü eşidib.

AzadlıqRadiosunun müxbiri yazır ki, al-Ali kimi bu reporatjda sözügedən başqa şəxslərin də adları təhlıükəsizlik mülahizələri ilə dəyişdirilib.

Al-Ali radioaya WhatsApp vasitəsilə bildirib ki, əl-Fəvvaz məsçidinin İD rəğbətlisi olan imamı Al-Jazeera, Al-Arabiya və başqa telekanallarda verilən məlumatların yalan olduğunu elan edib.

Al-Ali deyib ki, televizora yalnız cümə günləri baxmaq icazəsi veriləcək və onda da efirdə Quran oxunacaq.

Yerli fəallar bildirirlər ki, İD döyüşçüləri Hasaka əyalətindəki əl-Şədadiyyə şəhərində də evlərə girərək peyk avadanlıqlarını sındırıblar.

Təhlilçilər deyirlər ki, bu, özünü İslam Dövləti adlandıran təşkilatın nəzarətində olan əraziləri ətraf aləmdən təcrid etmək məqsədi güdür.

Meydanlarda edamlar və ekranlar

Suiriya və İraqda böyük əraziləri qəsb etmiş təşkilat Raqqanın əsas meydanında qurduğu böyük televiziya ekranından öz təbliğatını yaymaq üçün istifadə edir.

Raqqa sakini Abu Nasser WhatsApp vasitəsilə xəbər göndərib ki, cihadçılar şəhərin əl-Rəşid, Dalla, Saah və Naim meydanlarında belə teleekranların quraşdırılmasına başlayıblar.

Al-Mousa-nın atası İD tərəfindən 77 gün həbsdə saxlandıqdan sonra işgəncələrə məruz qalıb və başı kəsilərək edam edilib...

Abu Nasser xəbər verir ki, islamçılar həmçinin maşınlarda quraşdırılmış ekranlardan istifadə edirlər.

Raqqadakı “Sakit Edam Olunmaq” adlı kampaniyanın təsisçisi Hamoud al-Mousa deyib ki, İD xarici televiziyalardan çəkinir.

Al-Mousa-nın atası oğlunun siyasi fəaliyyətinə görə İD tərəfindən 77 gün həbsdə saxlandıqdan sonra işgəncələrə məruz qalıb və başı kəsilərək edam edilib.

Xəbər verilir ki, İD adamların xarici aləmlə əlaqələrini kəsmək üçün başqa tədbirlər də görüb.

İyul ayında ekstremist qrup Raqqada şəxsi evlərdən internetə girişi qadağan edib.

İndi WiFi bağlantısı yalnız İD-in nəzarətində olan ictimai kafelərdə var.

XS
SM
MD
LG