Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Putinin 3 girovu


1) Eston Kohver 2) Oleg Sentsov 3) Nadia Savchenko
1) Eston Kohver 2) Oleg Sentsov 3) Nadia Savchenko

Onlardan biri polis zabiti, biri rejissor, üçüncüsü isə pilotdur.

Bu üç nəfər öz ölkəsindən oğurlanıb və ədalətsiz olaraq xarici dövlətin – Rusiyanın məhbəsinə atılıb. Onların həyatı məhvərindən çıxarılır, onların gələcəyi sual altındadır.

Vladimir Putinin saxladığı girovlarla tanış olun - Kreml liderinin beynəlxalq qanun, hüquq və normalara cihadının qurbanları: iki kişi və bir qadın.

Son iki il ərzində Putin çox həyəcanlı və şoka salan hərəkətlər edib.

O, Adolf Hitlerdən sonra Avropanın başqa bir ölkəsinin ərazisini zorla ilhaq etmiş birinci lider oldu. O şərqi Ukraynada minlərlə insanın ölümünə səbəb verən müharibənin müəllifidir. O Rusiyanı absurd ksenofobiya, dözümsüzlük və repressiya spiralına saldı. O, Qərblə müharibə həddinə çatdırılmış təhlükəli oyun oynayır.

O həm də beynəlxalq cinayət olan insan oğrusuna çevrilib.

POLİS ZABİTİ

Moskva bəyan edir ki, Eston Kohver Estoniya cəsusudur və o Rusiya ərazisində cəsusluq edərkən ələ keçirilib. O, cəsus deyil və olmayıb da. O olsa-olsa bir şeydə günahkardır ki, öz işini yaxşı edirdi və rahat hədəf idi.

Kohver FTB-yə ekvivalent olan və Estoniyada KaPo adlanan daxili təhlükəsizlik zabitidir.

Oğurlanan zaman o, Rusiya mütəşəkkil cinayətkar qrupunun qaçaqmal həlqəsini araşdırırdı.

2014-cü il sentyabrın 5-də Rusiyanın bir neçə kilometrliyində yerləşən Estoniyanın Miikse kəndi yaxınlığındakı meşədə məxfi informatorla görüşmək üçün yola cıxmışdı. Bu qurulmuş tələdən başqa bir şey deyildi. Görüşə gedən yolda qumbara ilə pusquya düşdü, tapança lüləsi altında oğurlandı və Rusiyaya gətirildi.

Estoniya və Rusiya sərhədçiləri hadisə baş verən gün Kohver yoxa çıxan yeri yoxladılar. İki dildə tərtib edilən birgə protokolda ərazidəki izlər üzərində aparılmış analizlər əsasında aydın yazılıb ki, bir qrup adam Estoniyaya Rusiyadan daxil olub və ora da qayıdıb. Burada həmçinin partlamış qumbara mərmisindən qalan kraterlər də qeyd edilib.

REJİSSOR

Rusiya bəyan edir ki, Oleq Sentsov terrorçudur. O, terrorçu deyil. Sentsovun bircə günahı var, o, qoçaqdır. Moskvanın onun vətənini qanunsuz istilasına qarşı təkbaşına durmağa hazır idi.

Sentsov 2012-ci ildə Rotterdam kinofestifalında debüt etmiş hay-küylü Gaamer filminin ukraynalı rejissorudur. O həm də iki uşağın tək valideynidir.

Əslən Krımdan olan Sentsov Ukraynada qərbyönümlü Maydan inqilabının qatı tərəfdarı idi. O həm də Krımın Rusiyaya birləşdirilməsinin qatı əleyhdarı idi və yarımadada ələ keçirilmiş Ukrayna hərbiçilərinə ərzaq daşımağa kömək edirdi.

Sentsov anneksiya əleyhinə nümayişdə iştirak edəndən sonra, onu Simferopolda 2014-cü il mayın 11-də Rusiya təhlükəsizlik agentləri oğurladı.

O, Moskvada nəzarət altında üzə cıxdı. Krımın Rusiya cəmiyyətinin və Vahid Rusiya Partiyasının ofislərini yandırmaqda ittiham edildi. O həm də Simferopolda Leninin abidəsini və əbədi məşəli partlatmağa cəhddə ittiham olundu.

Prokurorlar Sentsov əleyhinə olan ittihamda ortaya yetərincə sübut qoya bilmədilər.

Rejossorun əleyhinə ifadə vermiş əsas şahid Gennadi Afanasyev öz ifadələrindən imtina etdi. O bildirdi ki, bu ifadələri təzyiq altında verib.

Rusiyanın cənub şəhəri olan Rostovda keçirilən məhkəmə-şouda prokurorlar Sentsova 23 il azadlıqdan məhrumetmə cəzası isəyiblər.

“Mən sizdən heç nə xahiş etməyəcəyəm”, Sentsov son nitqində söyləyib. “Hamı bilir ki, istilaçıların məhkəməsi asan olmur. Bunu şəxsən özünüzə aid etməyin, Zati-aliləri”.

PİLOT

Putinin bu üç girovundan ən məşhuru Nadya Savçenkodur.

Moskva deyir ki, Savçenko canidir. O cani deyil. O yalnız bir şeydə - ölkəsinin müstəqilliyini öz həyatını təhlükəyə atmaq bahasına müdafiə etdiyi üçün günahkardır.

Ukraynanın birinci hərbi qadın təyyarəçisi olan Savçenko Donbasda moskvapərəst seperatçılara qarşı mübarizədə könüllü idi. O 2014-cü il iyunun ortalarında Luqansk vilayətinin Metallist kəndi ətrafında seperatçılar tərəfindən ələ keçirilib. O zaman Nadejda iş başındaydı - ukraynalı əsgərləri xilas etmək tapşırığını yerinə yetirirdi.

Savchenko dinləmədə, 1 iyul, 2015
Savchenko dinləmədə, 1 iyul, 2015

İyunun 19-da seperatçıların yaydığı videoda qadın təyyarəçi metal boruya qandallanmış halda sorğu-sual edilirdi.

O bir həftə sonra Rusiyada nəzarət altında üzə çıxdı. Minomyot atəşi zamanı öldürülən iki Rusiya jurnalistinin ölümündə və Rusiya sərhədini qanunsuz keçməkdə ittiham olundu.

Vəkilləri bildirirlər ki, Savçenkonun mobil telefon yazıları və videolar sübut edir ki, jurnalistlər öldürülən zaman o artıq əsirlikdə idi.

Pilotu 25 il həbs cəzası gözləyir.

ƏDALƏTLİ OYUN

Kohver, Sentsov və Savçenko birlikdə Putinin oğru şadyanalığına rəvac verməklə yanaşı, bir xüsusiyyətə də malikdirlər. Onlar Sovet İttifaqında doğulublar. Onlar öz yeni, müstəqil ölkələrinin loyal, uğurlu, məhsuldar vətəndaşları oldular. Və SSRİ-nin dağılmasını fəlakət sayan Putinin onlardan ədalətli oyun düzəltmək üçün istifadə etməsi kifayət qədər böyük cinayətdir.

XS
SM
MD
LG